Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün Rusiya tərəfdən hücuma məruz qalan Türkiyəyə məxsus “Royad Məmmədov” gəmisi “Palmali” şirkətinə məxsusdur.
Axar.az xəbər verir ki, şirkət 2022-ci ildə gəmilərindən birinə II Qarabağ müharibəsinin şəhidi Röyad Məmmədovun adını verib.
Qeyd edək ki, Röyad Məmmədov Masallı rayonunun Mahmudavar kəndində anadan olub. 2020-ci il noyabrın 8-də şəhid olub.