Vurulan gəmi Mübariz Mənsimova məxsusdur? ŞOK KADRLAR

06.10.2026

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Məlum olduğu kimi, oktyabrın 5-də Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında Türkiyə bayrağı altında üzən “Royad Məmmədov” adlı yük gəmisi dron hücumuna məruz qalıb. Sözügedən gəminin azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus olduğu iddia edilir.

Moderator.az xəbər verir ki, bu barədə AZTV-nin hücumla bağlı hazırladığı materialda bildirilir.

Qeyd olunub ki, “Rynda” gəmi məlumatları portalında “Royad Mammadov”un ISM meneceri kimi “Palmali Gemicilik ve Acentelik” şirkəti göstərilir. 

“Palmali” şirkətlər qrupunun təsisçisi isə azərbaycanlı iş adamı Mübariz Mənsimovadur.

Məsələ ilə bağlı digər detallar açıqlanmayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью