Vüsal Cahangiri: Zəvvarlar artıq həcc əməllərinin icrasına başlayıblar

04.06.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"Bu gün Qəməri (Ay) təqvimi ilə zil-hiccə ayının 8-dir və zəvvarlar artıq həcc əməllərinin icrasına başlayıblar".

Bu barədə Oxu.Az-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib.

QMİ rəsmisinin sözlərinə görə, zəvvarlar avtobuslarla Məkkədəki hotellərdən Mina çölündəki çadır düşərgəsinə daşınıblar:

"Artıq zəvvarlar həccə niyyətləniblər və ehramlarını geyiniblər. Sabah sübh namazından sonra onların Ərafat çölünə daşınması planlaşdırılır.

Zəvvarların hamısının səhhəti yaxşıdır, hamıda bayram əhvali-ruhiyyəsi var".

Qeyd edək ki, Azərbaycandan həcc ziyarətinə səfər mayın 25-dən başlayıb. Ümumilikdə 1 250 azərbaycanlı zəvvar təyyarələrlə mayın 31-dək Məkkəyə çatdırılıb. Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlar təyyarə reysləri ilə iyunun 21-dək Vətənə qayıdacaqlar.

Rəhim Əliyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью