Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir. Türkiyə kubokunda 2-ci turun oyunları keçirilir.
QOL.az xəbər verir ki, bu gün azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi 1-ci liqa təmsilçisi "Boluspor" "Qalatasaray"ı qəbul edib.
Vüsal matçın start heyətində yer alıb. O, matçın 12-ci dəqiqəsində hesabı açmaqla komandasını irəli çıxarıb.
Lakin meydan sahibləri hesabı qoruya bilməyiblər. “Qalatasaray” bundan sonra ardıcıl qollar vurmaqla qələbə qazanıb - 4:1.
İstanbul təmsiçisindən Alvaro Morata (21), Eyüp Aydın (44), Yusuf Demir (72) və Ahmet Kutucu (75) fərqlənib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.