Vüsal Hüseynov: Əcnəbilərə icazə vəsiqələrinin elektronlaşdırılacaq

29.07.2026

Azvision portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov iyulun 29-da keçirilən brifinqdə məlumat verib.
O bildirib ki, yaxın perspektiv üçün vacib istiqamət əcnəbilərə verilən icazə vəsiqələrinin elektron sənəd formasında tərtib olunmasıdır: "Əcnəbilərə verilən müvəqqəti, daimi icazə vəsiqələrinin tam elektron sənəd formasında tərtib olunması üzərində işləyirik. Yəni qanun qüvvəyə mindikdən sonra artıq çap edilmiş vəsiqələr verilməyəcək. Bugünkü qanunla hər bir halda şəxs əgər “mygov”dan vəsiqəni götürürsə, o, əslinə bərabər tutulur. Ancaq növbəti bir təklif ondan ibarətdir ki, onu çap etməyə ehtiyac qalmasın. O, QR kod olacaq. Şəxs zərurət bilərsə, özü onu çap edə bilər",- deyə Vüsal Hüseynov qeyd edib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью