Vüsal Hüseynov vətəndaşları qəbul edib

29.06.2026

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dövlət Miqrasiya Xidmət (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov vətəndaş qəbulu keçirib.

525.az xəbər verir ki, bu barədə DMX məlumat yayıb.

Bildirilbi ki, Xidmətin fəaliyyət istiqamətlərinə uyğun olaraq vətəndaşların müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınıb. Xidmət rəisi qaldırılan digər məsələlərin qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həllinə dair tapşırıqlar verib.

Qeyd edək ki, qəbul prosesində həmçinin mentorluq proqramı çərçivəsində beşinci "Yüksəliş" müsabiqəsinin qalibləri Kamran Sadıxlı və Fərid Mustafayev də iştirak edib. Müsabiqə qaliblərinin xüsusi hazırlanmış proqram çərçivəsində silsilə tədbirlərə cəlb edilməsi davam etdirilir.

"Yüksəliş" müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью