Vüsal İsgəndərli Türkiyə klubundan ayrıldı

05.06.2025

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Türkiyənin "Boluspor" klubundan ayrılıb.

QOL.az xəbər verir ki, bu barədə 29 yaşlı yarımmüdafiəçi öz sosial şəbəkə hesablarında məlumat yayıb.

O, paylaşımında yazıb: “Hər şey üçün təşəkkürlər, “Boluspor”.

Qeyd edək ki, Vüsal 2024-cü ildən “Boluspor”un formasını geyinirdi. O, geridə qalan mövsüm 22 oyuna çıxıb, 1 qol vurub və 3 qolun ötürməsini verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью