Vüsal İsgəndərli Türkiyə kubokunda qol ötürməsi etdi

18.12.2024

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Boluspor" Türkiyə kubolunda növbəti oyununu keçirib.

QOL.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi" "1461 Trabzon"la 5-ci turun oyununda qol ötürməsi edib.

Vüsal "Boluspor"un 4:0 hesabı ilə qalib gəldiyi oyunun 71-ci dəqiqəsində meydana çıxıb və 77-ci dəqiqədə komandasının sonuncu qolunda asist edib.

Qeyd edək ki, "Boluspor" bu qələbə ilə növbəti mərhələyə yüksəlib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью