Vüsal İsgəndərlinin komandasına ilk oyunda ağır zərbə

20.05.2025

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Türkiyə 1-ci Liqasında pley-offunda məğlub olub.

İdman.biz xəbər verir ki, onun çıxış etdiyi "Boluspor" yarımfinalın ilk matçında öz meydanında uduzub.

“Bandırmaspor”la qarşılaşma qonaq komandanın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. İsgəndərli qarşılaşmanın 71-ci dəqiqəsində meydana daxil olub və "Boluspor"u məğlubiyyətdən xilas edə bilməyib.

Qeyd edək ki, tərəflər arasında cavab oyunu mayın 23-də Bandırmada saat 17:00-da başlayacaq.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью