Vüsal KL matçında oynadı, komandası qalib gəldi

24.07.2026

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Vüsal KL matçında oynadı, komandası qalib gəldi

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları keçirilib.

QOL.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Vüsal İsgəndərlinin formasını geyindiyi Kosovanın "Malişeva" klubu öz meydanında Şotlandiya təmsilçisi "Hibernian"la qarşılaşıb. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Start heyətində meydana çıxan Vüsal 72-ci dəqiqədə hesab 1:0 olarkən əvəzlənib.  "Malişeva"nın qollarını Kreşnik Uka və Valmir Nafiu (90) vurub.

Komandalar arasında cavab matçı iyulun 30-da Şotlandiyada keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью