Icma.az, Footbal-plus portalına istinadən məlumat verir. Ötən həftə “Hypers Quba”dan ayrılan Vüqar Nadirovun yeni iş yeri bəllidi.
37 yaşlı mütəxəssis bundan sonra “Şəmkir”in uğurları üçün çalışacaq. O, 2-ci liqa klubu ilə ilyarımlıq müqavilə imzalayıb.
Hazırda turnir cədvəlinin 6-cı pilləsində qərarlaşan Şəmkir təmsilçisi liqanın iddialılarından sayılır.Görəsən, klub rəhbərliyi niyə məhz Nadirovu seçib?
“Şəmkir”in prezidenti Vüsal Məmmədov qəzetimizə açıqlamasında yeni baş məşqçi təyinatından və qarşıya qoyulmuş hədəflərdən söz açdı: “Vüqar müəllimlə köhnə dostuq.
İstədiyimiz Vüqar müəllim idi, onu da gətirmişik. Danşıqlarımız bir neçə gün ərzində baş tutdu.
Ayrılandan sonra görüşüb söhbətləşdik və klubun “sükanı arxasına” keçəcəyinə razılaşdıq. Onunla vaxtilə birgə futbol oynamışıq.
Yəni köhnədən münasibətlərimiz yaxşıdı. Qarşıdaki hədəf ən azı ilk "üçlük"də yer almaqdı. Nadirova inanırıq. Maddi vəziyyətimiz də yaxşıdı.
Hər şeyi Vüqarın ixtiyarına buraxmışıq. İstədiyi futbolçunu gətirə bilər, gətirəcək də.