Vüsal Murtuzəliyev sabah xəstəxanadan evə buraxılacaq

27.06.2025

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Beyninə qan sızan aktyor Vüsal Murtuzəliyev sabah xəstəxanadan evə buraxılacaq.

Ölkə.az xəbər verir ku, bu barədə "Report"a aktyorun bacısı Dilarə Əliyeva məlumat verib.

Onun sözlərinə görə, Vüsal Murtuzəliyevin səhhəti yaxşıdır:

"Düşünürəm ki, sabah xəstəxanadan evə aparacağıq", - o əlavə edib.

Xatırladaq ki, Vüsal Murtuzəliyev iyulun 19-u xəstəxanaya yerləşdirilmişdi. Ona dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью