Vüsal Nəsirli müğənninin qardaşının vəzifəsini dəyişdi

29.10.2026

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu ilin may ayında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) işə başlayan Kamran Kərimbəyovun vəzifəsi dəyişdirilib.

Bakıvaxtı.az xəbər verir ki, Yurd.Media-nın əldə etdiyi məlumata görə, bununla bağlı Agentlik sədri Vüsal Nəsirli müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Kamran Kərimbəyov Media monitorinqi və təhlili departamentinin rəhbəri vəzifəsindən azad edilib.

Digər əmrlə o, Hesabatlılıq və Analitika şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub. 

Qeyd edək ki, Kamran Kərimbəyov müğənni Nərmin Kərimbəyovanın qardaşıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью