Vüsal Nəsirli onu müdir müavini təyin etdi

01.06.2026

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində yeni təyinat olub.

Bakıvaxtı.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı AAYDA-nın İdarə Heyətinin sədri Vüsal Nəsirli əmr imzalayıb.

Əmrə əsasən, Babayev Həsən Namiq oğlu qurumun Maliyyə və İqtisadiyyat şöbəsinin müdir müavini təyin edilib.

Qeyd edək ki, H.Babayev bundan əvvəl Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Maliyyə departamentinin Maliyyə Nəzarəti və Hesabatlılıq şöbəsinin müdiri olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью