Vüsal oynadı, komandası qalib gəldi

22.02.2025

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyə birinci liqasında 26-cı tura start verilib. 

QOL.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Vüsal İsgəndərlinin çıxış etdiyi “Boluspor” səfərdə “Manisa”nın qonağı olub. 

Matça ehtiyat oyunçular skamyasından başlayan İsgəndərli 86-cı dəqiqədə Paul Mukairunun əvəzinə meydana çıxıb. 

Görüş “Boluspor”un 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Bu qələbə sayəsində xallarının 37-ə çatdıran Vüsalın komandası turnir cədvəlində 7-ci pilləyə yüksəlib. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью