Vüsalə efirdə yuxulayan musiqiçini belə oyatdı (Video)

20.10.2026

Icma.az, Milli.az saytına istinadən bildirir.

Aparıcı Vüsalə Əlizadənin canlı yayımda yaşadığı maraqlı anlar diqqət çəkib.

Xəzər TV-də yayımlanan "İncə Səhər" verilişində musiqiçilərdən birinin efir zamanı yuxuya getməsi aparıcının nəzərindən qaçmayıb. Vüsalə Əlizadə yuxulayan sintezator ifaçısını "lay-lay" deyərək oyatmağa çalışıb.

Verilişdən həmin anları əks etdirən görüntülər sosial şəbəkələrdə yayılaraq izləyicilərin marağına səbəb olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью