Vüsalə Əlizadə efirə çıxmayacaq SƏBƏB

22.01.2026

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, aparıcı Vüsalə Əlizadə bir neçə gün efirə çıxmayacaq. Onu proqramda həmkarı Mətanət Əliverdiyeva əvəzləyəcək. 

Bakıvaxtı.az-ın xəbərinə görə, axşam.az-a danışan Vüsalə səhhətində problem olduğunu deyib. O bildirib ki, qızı Dilək və özü virusa yoluxub:

"Hərarətim var, halım yoxdur. Bu viruslardan mən və qızım da tutub. Taqətim yoxdur".

Qeyd edək ki, V.Əlizadə bir müddət əvvəl də sosial şəbəkə hesabında paylaşım edərək, bir neçə gün müalicəyə gedəcəyini yazmışdı. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью