Vüsalə Əlizadə: Əlinə taxta parçası alan toy aparıcısı olur

29.10.2026

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Həmkarlarımızdan biri əlinə bir taxta parçası almışdı, orada da onun üçün yazılmış mətn var idi. Bir həftə əvvəldən də ona verilib ki, getsin, oxusun, əzbərləsin, gəlib danışsın. Bir sualı verir, ikinci sual üçün isə fikirləşir ki, görəsən, nə soruşum, nə deyim? deyir".

BAKU.WS xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə "İncə səhər" verilişində bildirib.

O vurğulayıb ki, aparıcılığa yeni başlayan həmkarları tez toy aparmağa can atır:

"Belə adam səhəri gün gedib toy aparır. Toy aparan aparıcının o qədər geniş bazası, şeiriyyatı, poeziya bilgisi olmalıdır ki, danışığı sərt və yorucu olmasın. "Axşamınız xeyir!" deyəndə hamı ona baxmalıdır. Elə adam var ki, danışır, amma heç kim ona fikir vermir. Qarşısındakı insanlara cəmi üç kəlmə deyir, amma heç kimin diqqətini cəlb edə bilmir".

Ətraflı videoda:

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью