Vüsalə Əlizadənin verilişi efirə qayıtdı, amma...

28.11.2025

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

“Xəzər” televiziyasında yayımlanan və Vüsalə Əlizadənin aparıcı olduğu “İncə Səhər” verilişi efirə qayıdıb.

“Yeni Sabah” xəbər verir ki, noyabrın 28-də proqramın yeni bölümü yayımlanıb.

Bugünki verilişin qonaqları müğənni Mənzurə Musayeva, Habil Əhmədov və Dana Durdana olub.

Noyabrın 27-də “İncə səhər” verilişinin yayımını yarımçıq dayandırılmışdı. Proqramda iştirak edən qonaqlardan biri son günlər Mədəniyyət Nazirliyi ilə qalmaqallarda adı hallanan xanəndə Almaxanım Əhmədli idi.

Almaxanım Əhmədli atası, şair, professor Vüqar Əhməd bildirmişdi ki, montajda problem yaranıb və proqram bu gün yenidən yayımlanacaq. Lakin noyabrın 28-də “İncə səhər”in yeni bölümü efirə gedib.

Qeyd edək ki, “Xəzər” televiziyasının noyabrın 27-də yaydığı açıqlamada da verilişin dayandırılmasının texniki problemlə bağlı olduğunu bildirmişdi.

Aydan Hacı 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью