Vüsalə onları tənqid etdi

12.11.2026

Icma.az, Olay.az portalına istinadən məlumat verir.

Aparıcı Vüsalə Əlizadə tənqidi çıxış edib.

OLAY yazır ki, o, “İncə səhər”də prodüser və menecerlərə irad bildirib:

“Bizdə menecer işi zəifdir, sıfır səviyyəsindədir. Hər ifaçının öz meneceri olmalıdır. PR, reklam öz ixtiyarındadır. Amma piar ifaçının işi deyil. Hamı özünə prodüser deyir. İnciməyin, prodüser ifaçını toya salmaq, diski götürüb yanında getmək demək deyil. Hazır müğənnini götürüb işləməyə nə var? Telefonla yönləndirirsən hamısını, mən də edərəm. Menecer iş qurmalıdır, prodüser idarə etməlidir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью