Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
Tanınmış teleaparıcı Vüsalə Səid “Space” televiziya kanalında Xəbərlər departamentinin aparıcısı vəzifəsinə təyin edilib.
Vüsalə Səid peşəkar televiziya fəaliyyəti dövründə ölkənin aparıcı televiziya kanallarında çalışıb. O, “Lider” TV, İctimai Televiziya (İTV) və Azərbaycan Televiziyasında (AZTV) əsas xəbərlər buraxılışının aparıcısı kimi fəaliyyət göstərib.
V.Səid müxtəlif dövrlərdə dövlət və media qurumlarında da məsul vəzifələr daşıyıb. O, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəqəmsallaşma sahəsində ictimaiyyətlə əlaqələr üzrə meneceri, həmçinin Naxçıvan Televiziyasında Xəbərlər departamentinin rəhbəri vəzifələrində çalışıb.
Gununsesi.info