Olay.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Aparıcı Vüsalə Əlizadənin yeni mövsümdə də “Xəzər” TV-də fəaliyyət göstərəcəyi təsdiqlənib.
OLAY-ın əldə etdiyi məlumata görə, bu barədə “Xəzər axşamı” verilişinin aparıcısı Mətanət Əliverdiyeva danışıb.
O, aparıcı Aytəkin Mərdanovanın ad günü məclisində çıxış edərkən Əlizadənin “Xəzər”də qaldığını bildirib.
Qeyd edək ki, Vüsalənin sözügedən kanaldan ayrıldığı iddia olunsa da, o, “Xəzər”in binasından foto paylaşaraq xəbərləri yalanlamışdı.