Vüsalın çıxış etdiyi komanda məğlub olub

08.01.2025

Icma.az, News24 portalına istinadən məlumat yayır.

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Boluspor" komandası Türkiyə Kubokunda növbəti oyununu keçirib.

 News24.az xəbər verir ki, "qırmızı-ağlar" C qrupundakı ilk matçında səfərdə Superliqa təmsilçisi "Eyüpspor"la üz-üzə gəlib.

Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Vüsal İsgəndərli görüşə ilk "11-lik"də başlayıb və sonadək meydanda olub.\\report

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью