Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kosova Superliqasında 3-cü turun oyunları çərçivəsində növbəti matçlar keçirilib.
Futbolpress.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Vüsal İsgəndərlinin formasını geyindiyi “Malişeva” səfərdə “Feronikeli”nin qonağı olub. Görüş qonaqların 3:0 hesablı darmadağını ilə yekunlaşıb.
29 avqust
“Feronikeli” – “Malişeva” 0:3
Qollar: K. Uka, 11, 56, L. Xilani, 24
Milli komandamızın hücumçusu Vüsal İsgəndərli qarşılaşmaya ilk “11-lik”də başlayaraq komandasının uğurunda pay sahibi olub.
Bu inamlı qələbədən sonra xallarını 7-yə çatdıran “Malişeva” turnir cədvəlinin 1-ci pilləsinə yüksəlib.