Vüsalın komandası üçün “quru sülh”

01.11.2026

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kosovo çempionatında 12-cu turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin şərəfini qoruduğu “Malişeva” öz meydanında “Feronikeli-74” ilə 0:0 hesablı heç-heçə edib.

Qeydə alınan nəticə:

Kosovo Superliqası

XII tur

Malişeva – Feronikeli-74 0:0

İsgəndərli meydan sahiblərinin start heyətində meydana çıxıb.

İki xal itirməsinə baxmayaraq, “Malişeva” Kosovo çempionatının turnir cədvəlində birincilik mövqeyini qoruyub. 12 oyundan sonra komandanın aktivində 27 xal var.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью