Vüsalın komandasından əzmkar qələbə

27.04.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Türkiyə I liqasında XXXVI turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərlinin çıxış etdiyi “Boluspor” səfərdə “Kocaelispor”la qarşılaşıb. Görüş qonaqların 4:3 hesablı qələbəsiylə başa çatıb.

Matça start heyətində başlayan Vüsal sona qədər meydanda olub.

Aktivində 55 xalı olan “Boluspor” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью