futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin formasını geyindiyi “Malişeva” Kosovo çempionatında növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdə “Llapi” ilə qarşılaşıb. Matç “Malişeva”nın darmadağını ilə başa çatıb – 4:0.
Vüsal matça startda başlayıb və 41-ci dəqiqədə birinci qolun müəllifi olub.
İsgəndərli komandada son üç oyunda dörd qola imza atıb.
“Malişeva” 6 turdan sonra 13 xalla 2-ci sıradadır. Komanda lider “Priştina”dan 2 xal geri qalır.