VVorld Metal İndustry auditdən yayındı, cərimə olundu

18.08.2026

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Azərbaycanın metal konstruksiya istehsalçılarından biri olan “VVorld Metal İndustry” Məhdud Məsuliyyətli Cəmiyyəti cərimələnib.

Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 464-cü maddəsi - “Məcburi auditdən yayınma” ilə bağlı protokol tərtib edilib və işə məhkəmədə baxılıb.

Məlum olub ki, “VVorld Metal İndustry” MMC 2024-cü il üzrə maliyyə hesabatlarının 2025-ci ildə həyata keçirilməli olan məcburi auditindən yayınıb.

Məhkəmənin qərarı ilə “VVorld Metal İndustry” MMC İXM-in 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 1 500 manat məbləğində inzibati cərimə tətbiq edilib.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью