Vyana ilə Budapeşt arasında heyvan xəstəliyi ilə bağlı anlaşılmazlıq baş verib

29.04.2025

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Budapeşt, 29 aprel, AZƏRTAC

Avstriya hökuməti ağır virusa yoluxmuş iribuynuzlu mal-qaranın Avstriya sərhədinə yaxın ərazidə basdırılması barədə məlumatlandırılmaması ilə bağlı Macarıstan tərəfinə narazılığını bildirib.

AZƏRTAC Macarıstan mediasına istinadla xəbər verir ki, bir müddət əvvəl Avstriya-Macarıstan sərhədindən 6 kilometr məsafədə yerləşən keçmiş qum karxanasında virusa yoluxmuş heyvan cəsədləri basdırılsa da, bu barədə yalnız bu günlərdə məlum olub. Macarıstanın baytarlıq xidmətləri avstriyalı həmkarlarına məlumat verməyi sadəcə unudublar. İndi isə Avstriya hakimiyyəti potensial yoluxmuş qrunt sularının təcili yoxlanmasının aparılmasına başlayıb.

Bu arada Macarıstan hakimiyyəti avstriyalıları əmin edib ki, yeraltı suların axın istiqaməti Macarıstan doğrudur və Avstriya üçün birbaşa təhlükə yoxdur. Avstriyanın qrunt sularında birbaşa təhlükə mövcud deyil.

Yerli mer isə qeyd edib ki, cəsədlər basdırıldıqdan sonra bu barədə məlumatlandırılıb.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью