Vyana toplantısı göstərdi ki, ATƏT dərin və sistemli böhran içindədir | Icma.az
Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
Azay Quliyev Milli Məclisin deputatı Bu gün Vyanada keçirilən ATƏT-in 32-ci Nazirlər Şurasının ikigünlük iclası başa çatdı.
Builki toplantı bir daha sübut etdi ki, təşkilat uzun müddətdir yığılıb qalan struktur və siyasi problemlərin təsiri altında ciddi tənəzzül yaşayır.
Tarixən belə zəif iştirak və bu qədər aşağı səviyyədə siyasi maraq ilə müşayiət olunan Nazirlər Şurası iclası, demək olar ki, olmayıb.
Həm ATƏT PA-nın Büro iclasında, həm Nazirlər Şurasında edilən çıxışlarda, həm də bir sıra diplomatlarla etdiyim qeyri-formal söhbətlərdə demək olar ki, hər kəs ATƏT-in gələcəyi ilə bağlı ciddi narahatlığını ifadə edirdi.
Bununla belə, iclas Azərbaycan üçün xüsusi bir mərhələ ilə yadda qaldı: ATƏT sədrliyi Minsk qrupunun və ona bağlı bütün mexanizmlərin rəsmən ləğv edildiyini elan etdi.
Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov iclasda məzmunlu çıxış edərək cənab Prezident İlham Əliyevin liderliyi ilə bölgədə aparılan sülh, təhlükəsizlik və etimad quruculuğu prosesinə diqqət çəkdi.
Nazir həmçinin ölkəmizə qarşı ərazi iddiasını ehtiva edən Ermənistan konstitusiyasının dəyişdirilməsinin regional sülhün davamlılığı üçün zəruri olduğunu vurğuladı və Azərbaycanın prioritet hesab etdiyi məsələləri qeyd etdi.
Tam oxu
Xəbəri oxu