Vyanada Azərbaycan döyüşçülərindən iki qələbə FOTO

09.11.2026

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Azərbaycan idmançıları Avstriyanın paytaxtı Vyanada keçirilən “Vendetta Fight Nights” (VFN 54) beynəlxalq turnirində iki qələbə qazanıblar.

İdman.Biz xəbər verir ki, 57 kq çəki dərəcəsində çıxış edən Mehrab Məmmədzadə braziliyalı İaqo Silvanı təslimetmə fəndi ilə vaxtından əvvəl məğlub edib.

61 kq çəkidə mübarizə aparan Vilayət Zeynalov isə Avstriyanın ekstremal kikboksinq üzrə hazırkı çempionu Azamat Xadzakayevə qalib gəlib. Təmsilçimiz üç raund davam edən gərgin döyüşü qələbə ilə başa vurub.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью