Vyanada futbol meydançasının altından Roma döyüşçülərinin məzarlığı tapılıb

04.04.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Vyanada futbol meydançasının yenidənqurulması zamanı eramızın I əsrinə aid olan və 150-dən çox Roma əsgərinin dəfn olunduğu məzarlıq aşkar edilib.

Oxu.Az bu barədə "Associated Press" agentliyinə istinadən xəbər verib.

Arxeoloqlar qeyd ediblər ki, məzarları aşkar edilən Roma döyüşçüləri german tayfaları ilə toqquşmada həlak olublar.

Qeyd olunur ki, həlak olan döyüşçülərin əksəriyyəti 20-30 yaş arası kişilərdir. Məzarlıqda, həmçinin zirehlər və digər döyüş əşyaları aşkar edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью