Vyetnam 2030 cu ilə qədər yeddi yeni hava limanı inşa edəcək

16.06.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 16 iyun, AZƏRTAC

Vyetnam 2030-cu ilə qədər aviasiya şəbəkəsini genişləndirmək üçün yeddi yeni hava limanının istifadəyə verilməsini planlaşdırır.

AZƏRTAC Vyetnam Xəbər Agentliyinə istinadla xəbər verir ki, layihələr arasında Lonq Thanh və Gia Binh beynəlxalq hava limanları da var.

Ölkə 2030-cu ilədək ümumilikdə 32 hava limanına sahib olmağı və illik 220 milyon sərnişinə xidmət göstərməyi hədəfləyir. Layihələrə təxminən 19,3 milyard ABŞ dolları investisiya ayrılması nəzərdə tutulur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью