Vyetnam media heyəti AZƏRTAC da

09.10.2026

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Oktyabrın 8-də Vyetnamın “Kommunist” jurnalının baş redaktorunun müavini Nquyen Nqok Hanın rəhbərlik etdiyi heyət Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) olub.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev görüşdə bildirib

ki, Azərbaycan ilə Vyetnam arasında əməkdaşlıq müxtəlif istiqamətlərdə, o cümlədən media sahəsində uğurla inkişaf edir. AZƏRTAC ilə Vyetnamın VNA agentliyi arasında 2025-ci ilin mayında Bakıda yeni əməkdaşlıq sazişi imzalanıb. Agentliklər Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA) və Dünya Xəbər Agentlikləri Konqresi kimi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edirlər.

Nquyen Nqok Han Azərbaycan ilə Vyetnam arasında tarixi əlaqələrdən bəhs edərək ölkəmizin onlara göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Qonaqlar AZƏRTAC-da redaksiyaların fəaliyyəti ilə də tanış olub.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью