Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Disney"in 1942-ci ildə çəkilmiş "Bambi" animasiyasında gənc maralı səsələndirən və sonradan ABŞ Dəniz Piyadaları Korpusunda qəhrəmanlıq göstərən Donni Danaqan 92 yaşında ağciyər xərçəngindən dünyasını dəyişib.
Kulis.az xəbər verir ki, sənətçinin vəfat xəbərini "CelebWorx" agentliyi təsdiqləyib.
1934-cü ildə doğulan Danaqan uşaq ikən "Son of Frankenstein", "Tower of London" və nəhayət "Bambi" filmlərində rol alaraq şöhrət qazanıb. Lakin 18 yaşında aktyorluq fəaliyyətini dayandıraraq hərbi xidmətə yollanıb.
O, ABŞ Dəniz Piyadaları Korpusunun tarixində ən gənc təlim təlimatçısı olub.
Sənətçi Vyetnam müharibəsində 3 hərbi missiyada iştirak edib.
Xidmət zamanı göstərdiyi şücaətə görə "Tunc ulduz" və yaralanan hərbçilərə verilən "Bənövşəyi ürək" ordeni ilə təltif edilib.
O, 1977-ci ildə Mayor rütbəsi ilə ordudan təqaüdə çıxıb.
21-ci əsrin ən yaxşı rok mahnısı seçildi "Düşünmək prosesinin özü təhlükəlidir..." - Hanna Arendtdən sitatlar Məşhur aktyor vəfat etdi