Vyetnam “SpaceX”lə birgə kosmosa peyk buraxacaq

11.08.2026

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Vyetnamın “Vingroup” konqlomeratının törəmə müəssisəsi olan “VinSpace” aerokosmik şirkəti peyklərin orbitə buraxılması üçün ABŞ-nin “SpaceX” korporasiyası ilə müqavilə imzalayıb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, layihənin 2027-ci ildə reallaşdırılması planlaşdırılır.

Müqaviləyə əsasən, “SpaceX” Vyetnam peyklərini orbitə daşıyacaq, “VinSpace” isə onların tədqiqatı, işlənməsi, istehsalı və istismarına cavabdeh olacaq. Şirkətdən bildirilib ki, bu razılaşma ölkənin kosmik imkanlarını gücləndirməyə və yerli aerokosmik ekosistem yaratmağa xidmət edir.

“VinSpace”in baş direktoru Vu Çonq Thu qeyd edib ki, ölkə daxilində hazırlanan peyk modullarının orbitdə sınaqdan keçirilməsi Vyetnamın qlobal kosmik sənayeyə inteqrasiyası üçün mühüm mərhələdir.

Zeynəb Rzayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью