Vyetnamda ağır yol qəzası nəticəsində bir ailənin 8 üzvü həlak olub

30.01.2025

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 30 yanvar, AZƏRTAC

Vyetnamın şimalındakı Nam Dinh əyalətində avtomobilin dərəyə aşması nəticəsində bir ailənin 8 üzvü həlak olub.

AZƏRTAC Vyetnamın xəbər agentliyi olan VNA-ya istinadla xəbər verir ki, hadisə yerinə dərhal təcili yardım briqadası göndərilib. Bir nəfər yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Vyetnamda yanvar ayı ərzində yol qəzalarında 137 nəfər həlak olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью