Vyetnamda avtobus torpaq sürüşməsinə düşdü: 6 ölü, 19 yaralı

17.11.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Pekin, 17 noyabr, AZƏRTAC

Vyetnamın Xanhoa əyalətində torpaq sürüşməsi nəticəsində 40 sərnişin daşıyan avtobus torpaq axını altında qalıb. Nəticədə 6 nəfər ölüb, 19 nəfər xəsarət alıb.

AZƏRTAC Vyetnam mediasına istinadla xəbər verir ki, Xanle keçidində hərəkətdə olan avtobusun üzərində qəfildən torpaq və qaya parçaları düşüb.

Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью