Vyetnamda Azərbaycan yeməklərinə böyük maraq olub

23.11.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vyetnam Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Hanoy şəhərində 14-cü “Beynəlxalq Kulinariya Mədəniyyəti Festivalı” adlı xeyriyyə yarmarkası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, xalqlar arasında qarşılıqlı anlaşma və dostluğu gücləndirmək məqsədi daşıyan festivalda təxminən 90 ölkə milli stendlə təmsil olunub. Festivalın açılış mərasimində Vyetnam Prezidenti To Lamın həyat yoldaşı xanım No Fon Li, dövlət və hökumət rəsmiləri, Vyetnamda akkreditə olunmuş diplomatik missiya rəhbərləri, bölgələrin təmsilçiləri, habelə qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər.

Azərbaycan stendində Ulu Öndər Heydər Əliyevin 1983-cü ildə Vyetnama və Vyetnam lideri Ho Şi Minin 1959-cu ildə Bakıya tarixi səfərlərini, həmçinin Azərbaycan və Vyetnam liderlərinin görüşlərini əks etdirən şəkillər, ölkəmizə aid suvenirlər, kitablar, milli geyimlər, Azərbaycan istehsalı ərzaq məhsulları nümayiş olunub. Vyetnamın birinci xanımı No Fon Li Azərbaycan stendini ziyarət edib.

Azərbaycan stendində milli yeməklərimiz təklif olunub. Səfirliyimizin dəvəti ilə beynəlxalq kulinariya sahəsində tanınmış aşpaz, Dünya Barbekü Assosiasiyasının (WBQA) Şərqi Avropa-Asiya üzrə prezidenti, Dünya Aşpazlar Assosiasiyasının (WACS) rəsmi hakimi, həmyerlimiz Sahib-David İsrafilovun (Don David) rəhbərliyi altında Azərbaycandan gələn aşpazlar müxtəlif kabab növlərini hazırlayıblar. Festival iştirakçıları və Hanoy sakinləri Azərbaycan kabablarına böyük maraq göstərib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью