Icma.az, Missiya.az portalına istinadən məlumat yayır.
Vyetnamda “Bualoi” qasırğası 8 nəfərin ölümünə səbəb olub.
Missiya.Az xəbər verir ki, bu gün Vyetnamda baş verən “Bualoi” qasırğası güclü külək və leysan yağışları ilə müşayiət olunub. Təbii fəlakət nəticəsində 8 nəfər ölüb, 17 balıqçı isə itkin düşüb.
Qasırğa 245 evə ziyan vurub, 1 400 hektar əkin sahəsi su altında qalıb. Quang Tri əyaləti sahillərində dalğaların hündürlüyü 8 metrə çatıb, iki balıqçı qayığı aşıb. Əlavə olaraq, bir balıqçı qayığı ilə əlaqə itib.
Milli Meteoroloji Xidmət daşqın və torpaq sürüşməsi ilə bağlı xəbərdarlıq yayıb. Qasırğa sahilyanı bölgələrdə ciddi fəsadlar törədib.
Seyranə Quliyeva
Missiya.Az