525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Vyetnamda leysan yağışları daşqınlar və torpaq sürüşmələrinə səbəb olub.
525.az Vyetnam mediasına istinadən xəbər verir ki, daşqınlar nəticəsində 7 nəfər ölüb, 7 nəfər itkin düşüb.
Səlahiyyətlilər Quang Tri və Hue bölgələrində ümumilikdə 13759 evin su altında qaldığını, Quang Tri, Hue, Quang Ngai və Lam Dong əyalətlərində nəqliyyatın ciddi şəkildə pozulduğunu bildiriblər. Xilasetmə və zərərin qiymətləndirilməsi əməliyyatları aparmaq üçün ərazilərə axtarış-xilasetmə qrupları göndərilib. Lakin palçıq və dağıntıların yolları bağlaması bu səylərə mane olub.
Səlahiyyətlilər həmçinin davam edən leysan yağışlar səbəbindən daşqın və torpaq sürüşməsi riskinin davam etdiyini bildiriblər.
İbrahim Cəfərov