Vyetnamda daşqınlar zamanı 28 nəfər ölüb, 6 nəfər itkin düşüb

01.11.2025

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Vyetnamın mərkəzi bölgəsində yağan leysan yağışların yaratdığı daşqınlar nəticəsində 28 nəfər həlak olub, 6 nəfər isə itkin düşüb.

APA xəbər verir ki, bu barədə Vyetnam Kənd Təsərrüfatı və Ətraf Mühit Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, magistral yolların təxminən 80 faiz hissəsi sürüşmə səbəbindən bağlanıb.

Ümumilikdə 245 min sakin işıqsız qalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью