Vyetnamda hərbi təlim zamanı fəlakət: Əsgərlər həlak OLDU

05.12.2024

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Vyetnamın Donq Nai əyalətində hərbi təlim zamanı fəlakət baş verib.

News24.az xəbər verir ki, ölkənin rəsmi yayımçısı tərəfindən verilən açıqlamada, bazar ertəsi hərbi atış poliqonunda təlim zamanı baş verən partlayışda 12 əsgərin həyatını itirdiyi bildirilib.

Bəzi əsgərlərin cəsədlərinin hələ də tapılmadığı və axtarışların davam etdiyi bildirilib.

Partlayışın səbəbi hələ açıqlanmasa da, rəsmilərə görə, partlayıcının əsgərlərin döyüş sursatı daşıyarkən ildırım vurması nəticəsində işə düşdüyü təxmin edilir.

Müdafiə Nazirliyi hadisə ilə bağlı təcili araşdırma aparılmasına göstəriş verib.

Günel Məlikzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью