Vyetnamda hərbi təlim zamanı partlayış: 12 əsgər həlak olub

05.12.2024

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Vyetnamda hərbi təlim zamanı partlayış baş verib.

Gununsesi.infoxarici mediaya istinadən xəbər verir ki, partlayışda 12 əsgərin həyatını itirdiyi açıqlanıb.

Bəzi əsgərlərin cəsədlərinin hələ də tapılmadığı və axtarışların davam etdiyi bildirilib.

Partlayışın səbəbi hələ açıqlanmasa da, rəsmilərə görə, partlayıcının əsgərlərin döyüş sursatı daşıyarkən ildırım vurması nəticəsində işə düşdüyü təxmin edilir.

Müdafiə Nazirliyi hadisə ilə bağlı təcili araşdırma aparılmasına göstəriş verib.

Orxan Saffari

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью