Icma.az, 525.az portalına istinadən məlumat verir.
Vyetnamın mərkəzindəki Dak Lak əyalətində hərbi təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb.
525.az xəbər verir ki, bu barədə Vyetnam Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Hərbi Hava Qüvvələrinə aid YAK-130 tipli təyyarə planlı təlim missiyası üçün yerli vaxtla saat 07:27-də havaya qalxdıqdan qısa müddət sonra texniki nasazlıq səbəbindən onunla əlaqə itib. Texniki nasazlığı aradan qaldıra bilməyən pilot təyyarəni təhlükəsiz zonaya yönəldib və katapult edib.
Nəticədə təyyarə Hon Vin dağına düşüb, lakin yaşayış məntəqələrinə heç bir ziyan vurmayıb. Yerli əhalinin köməkliyi ilə xəstəxanaya çatdırılan pilotun vəziyyətinin stabil olduğu bildirilir.
Qəzanın səbəblərini müəyyən etmək üçün araşdırma başlayıb.
İbrahim Cəfərov