Vyetnamda karaoke barında yanğın nəticəsində 11 nəfər ölüb

19.12.2024

Operativ MM saytına istinadən Icma.az xəbər verir.

Vyetnamın paytaxtı Hanoyda karaoke barında baş vermiş yanğın nəticəsində azı 11 nəfər ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Reuters” agentliyi polisə istinadən məlumat yayıb.

Hadisə yerinə gələn xilasedicilər binadan yeddi nəfəri sağ çıxarıblar, onlardan ikisi xəstəxanaya yerləşdirilib.

Vyetnamın İctimai Təhlükəsizlik Nazirliyi yanğını törətməkdə şübhəli bilinən şəxsin həbs edildiyini açıqlayıb. İddia edilir ki, o, bar işçiləri ilə münaqişədən sonra binanın birinci mərtəbəsinə benzin tökərək od vurub.

Aidiyyəti qurumlar baş verənlərin bütün təfərrüatlarını araşdırır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью