Vyetnamda kruiz gəmisi batdı: Azı 34 nəfər ölüb

19.07.2025

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Vyetnamın şimalında, Cənubi Çin dənizinin Halonq körfəzində turist gəmisinin batması nəticəsində azı 34 nəfər ölüb.

Oxu.Az xəbər verir ki, bu barədə Vyetnam Xəbər Agentliyi məlumat yayıb.

Vyetnam Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 8-i uşaq olmaqla, 34 qurbanın cəsədini aşkar ediblər. 11 nəfər isə xilas edilib.

Rəsmi məlumata görə, kruiz gəmisinin göyərtəsində 53 nəfər olub: 48 sərnişin və 5 ekipaj üzvü. Gəmi qəfil tufan nəticəsində aşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью