Vyetnamda təbii fəlakət: Ölənlərin sayı artdı

20.11.2025

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Vyetnamın mərkəzində güclü yağışların yaratdığı daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 41-ə çatıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə ölkənin Ətraf Mühit Nazirliyi məlumat yayıb.

Məlumata görə, 16-20 noyabr tarixlərindəki aramsız yağışlar 52 mindən çox evə ziyan vurub və onları su altında qoyub.

13 000 hektardan çox kənd təsərrüfatı sahəsi və təxminən 2 100 hektar meyvə bağları ciddi ziyan görüb, 30 000-dən çox mal-qara və quş tələf olub.

Sel həmçinin avtomobil və dəmir yolu əlaqələrini ciddi şəkildə pozub./Oxu.az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью