Vyetnamda təbii fəlakətlərdən sonra denge virusuna yoluxmalar çoxalıb

14.10.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Pekin, 14 oktyabr, AZƏRTAC

Vyetnamda şiddətli yağışlar və daşqınlardan sonra denge virusuna yoluxmalarda kəskin artım müşahidə olunur.

AZƏRTAC Vyetnam mediasına istinadla xəbər verir ki, təkcə sentyabrda bu virusa 21 min 152 yoluxma, 6 ölüm qeydə alınıb. İlin əvvəlindən bəri isə denge virusuna 86 mindən çox yoluxma faktı baş verib, 17 tələfat olub.

Ekspertlər şiddətli yağışların və daşqınların bu virusun yayılmasına şərait yaratdığını düşünür.

Qeyd edək ki, əsasən tropik və subtropik regionlarda müşahidə edilən denge xəstəliyi virus infeksiyasıdır. Əsas əlamətləri yüksək hərarət, ürəkbulanma, səpmə, baş və bel ağrıları olan xəstəliyin əsas daşıyıcıları “Aedes aegypti” ağcaqanadlarıdır.

Ümumdünya Səhiyyə Təşkilatı sürətlə yayılan denge xəstəliyini insan səhhəti üçün ən böyük təhdidlər siyahısına salıb. İndiyə qədər bu virus əleyhinə xüsusi dərman mövcud deyil. Xəstəliyin XVIII əsrdən yayılmağa başladığı güman olunur. Amma onun virus kimi yayılması XX əsrin əvvəlində müəyyən edilib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью