Vyetnamın dövlət başçısı Azərbaycana gələcək

02.05.2025

Icma.az bildirir, Bakupost portalına istinadən.


Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam Azərbaycana səfər edəcək.

Bakupost.az xəbər verir ki, bu barədə Vyetnam Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 5-12 may tarixləri arasında o, Qazaxıstan, Azərbaycan, Rusiya və Belarusa dövlət səfərləri edəcək.

Azərbaycana səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçiriləcək.

Bu, To Lamın 2024-cü ilin avqustda vəzifəyə başlamasından sonra ilk xarici səfəri olacaq.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью